Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞİH-NİN BAŞÇISI TALEH QARAŞOV İRANIN GİLAN VİLAYƏTİNİN VALİSİ İLƏ GÖRÜŞÜB

19 noyabr 2015 | 16:00

Noyabrın 19-da Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov respublikamıza səfərə gəlmiş İran İslam Respublikasının Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Lənkəran ŞİH-də baş tutan görüşdə T.Qaraşov iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, 2014-cü ildə dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərdən sonra Azərbaycan-İran əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. 
Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən M.Nəcəfi qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi tranzit imkanlarının genişlənməsinə, ölkələr arasında, o cümlədən, Gilan vilayəti ilə əlaqələrin inkişafına töhfə verəcəkdir.
Gilan valisi region ölkələri ilə müqayisədə Azərbaycanın yüksək iqtisadi artıma nail olduğunu, iki ölkə arasında həyata keçirilən çoxsaylı qarşılıqlı rəsmi səfərlərin müsbət nəticələr verdiyini qeyd edib, bu əlaqələrin genişlənməsi üçün qısa müddət ərzində bir sıra işlərin görüldüyünü söyləyib.
Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye, Nəqliyyat nazirliklərində keçirdikləri görüşlərdən söz açan, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla davam etdiyini bildirən qonaq Lənkəranla müştərək əlaqələrin möhkəmləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə Gilanla Lənkəran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə əməkdaşlığın perspektivləri barədə söhbət açılıb, digər  məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər