Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ DİRYANDA SƏYYAR QƏBUL-GÖRÜŞÜ

04 oktyabr 2012 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar-qəbul görüşünü oktyabrın 3-də rayonumuzun ən ucqar dağ kəndlərindən olan Diryan kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra xidmət sahələrinin, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Gəgiran inzibati ərazi dairəsinin nümayəndəsi İsmayıl Cəfərov rayon mərkəzindən 37 km uzaqda yerləşən, əraziyə daxil olan Gəgiran, Diryan və Jidi kəndlərinin əhalisi, onların məşğuliyyəti haqqında məlumat verdi, mövcud problemləri İcra başçısının diqqətinə çatdırdı.
Sonra çıxış edən Jidi kənd sakinləri, müəllimlər Təzəxan Şiriyev, Nail İsayev, Gəgiran kənd sakinləri Şəmşir Əhədov, Ramazan Hadiyev, Diryan kənd məktəbinin direktoru Kazım Kazımov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən dəstəklədiklərini, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının respublikamızın bütün guşələrində, o cümlədən Lənkəranda müvəffəqiyyətlə həyata keçirildiyini, son aylarda Lənkəranda İcra başçısı Taleh Qaraşovun rəhbərliyi altında aparılan yenidənqurma, tikinti və abadlıq işlərinin hamının ürəyincə olduğunu, dövlət başçısı tərəfindən gənclərə göstərilən diqqət və qayğını fərəhlə qeyd etdilər.
Sonra bir neçə kənd sakini şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.
Görüşü yekunlaşdıran ŞİH-nin başçısı Taleh Qaraşov cənab Prezident İlham Əliyevin rayonumuza son tarixi səfərindən, hazırda rayonumuzda aparılan yenidənqurma işlərinin gündən-günə sürətlənməsindən, dövlət başçımızın Lənkəranla bağlı imzaladığı son dörd sərəncamın xüsusi əhəmiyyət daşımasından söz açdı.
İcra başçısı möhtərəm Prezidentimizin tapşırığına əsasən respublikamızın ən ucqar dağ kəndlərinə qaz xəttinin çəkildiyini xüsusi vurğulayaraq qeyd etdi ki, bu proses tezliklə bu ərazidə də reallaşacaq. Yeni məktəblərin, səhiyyə ocaqlarının tikintisi plana salınacaq, içməli su probleminin həlli daim diqqət mərkəzində saxlanılacaq. Heç təsadüfi deyil ki, dövlətimizin başçısı təhsilə, səhiyyəyə böyük qayğı göstərir. Lənkəranın ucqar dağ kəndlərində də tibbi xidmət, əhalinin müayinədən keçirilməsinə diqqət artırılmalıdır. Şagirdlərin məktəblərdə təlim-tərbiyəsinə xüsusi önəm verilməlidir. Gənclərin kəndə bağlı olması üçün lazımi şərait yaradılmalıdır.
Taleh Qaraşov sonda qeyd etdi ki, bugünkü görüş zamanı müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə dair ümidli fikirlər səsləndirildi. Həmçinin ərazidə yaşayan əhalinin böyük əksəriyyəti hakim partiyanın – YAP-ın siyasətini ürəkdən dəstəkləyir. Bu, bizi sevindirməyə bilməz.
İcra başçısı sonda ərazidə mövcud problemlərin zaman-zaman öz həllini tapacağını əminliklə vurğuladı.
 

Keçidlər