Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranlı məktəblilər böyük sevinclə Gəncəyə yola düşdülər

16 noyabr 2015 | 16:00

Noyabrın 16-da səhər tezdən Lənkəran şəhərindəki Heydər Əliyev Parkının qarşısında böyük canlanma vardı. Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində “Lənkəran-Gəncə-Şəmkir-Göygöl” marşurutu ilə tur-aksiyanın iştirakçılarını yola salmağa toplaşmışdılar.
Lənkəran rayonunun ümumtəhsil məktəblərinin 35 nəfər IX və XI sinif şagirdi və onların müəllimləri dörd gün ərzində Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarix və mədəniyyət abidələrinə, rayonun gorməli yerlərinə səyahət edəcək, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailliyyətlərlə yaxından tanış olcaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Tur-aksiyanın iştirakçılarını yolasalma mərasimdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva, valideynlər və şəhər sakinləri məktəblilərə yaxı yol arzulayaraq ölkəmizi daha yaxından tanımaq üçün məktyəblilər üçün yaradılan şəratiə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin XI sinif şagirdi Firüzə İbrahimova, valideyn, Darquba kənd sakini Mais Kazımov və başqaları da şagirdlərin istirahətinin mənalı təkil edilməsi üçün göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etdilər.
Bir azdan Lənkəran-Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə hərəkət edən avtobus yola düşdü.

Keçidlər