LƏNKƏRAN GƏNCLƏR VƏ İDMAN İDARƏSİ “REGION GƏNCLƏRİ SAHİBKARLIQ FƏALİYYƏTİNDƏ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİM KEÇİRMİŞDİR
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşlığı ilə həyata keçirilən “Region Gəncləri Sahibkarlıq Fəaliyyətində” layihəsi çərçivəsində 07-10 noyabr 2015-ci il tarixlərində Lənkəran şəhərində gənclərə biznes bacarıqları mövzusunda təlim təşkil edilmişdir.
Təlimin açılış mərasimində çıxış edən Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov və layihənin koordinatoru və təlimçiləri ölkəmizdə gənclərin sahibkarlıq fəaliyyətinin əhəmiyyətindən, habelə təlimin məqsəd və vəzifələri haqqında öz fikirlərini bölüşdülər. Daha sonra təlimçi Kənan Aslanlı 4 günlük təlimin strukturu haqqında qısa məlumat vermişdir. 4 günlük təlimdə gənclər biznes ideyanın seçilməsi, marketinq araşdırması, biznes planın hazırlanmasındakı mərhələləri, habelə sahibkarlıq fəaliyyətinin hüququ tənzimləməsi haqqında nəzəri biliklərə yiyələnmişdir. Gənclər biznes ideyanın seçilməsindəki əsas meyarlar, habelə marketinq araşdırmasında metodologiyaları, habelə biznes planın tərtibində maliyyə vəsaitlərinin, risklərin hesablanması, onların texniki əsaslandırması, maliyyə axını və xərclərin hesablanması və digər elementləri 5 işçi qrupunda praktiki formada tətbiq etdilər. Təlim iştirakçıları təlimdə tələbə yataqxanasının təşkili, kitab kafesi, suvenir istehsalatı, kinoteatrın tikilməsi, habelə turizm və əyləncə mərkəzinin qurulması kimi biznes ideyaları seçərək əldə edilən nəzəri bilikləri praktiki formada tətbiq etdilər.
Təlimin sonunda təlim iştirakçılarına sertfikat, habelə layihə çərçivəsində nəşr edilmiş “Gənclərin Sahibkarlıq Fəaliyyəti üçün Əyani Vəsait” kitabı paylanılmışdır.