Lənkəran Şəhər Gənclər və İdman İdarəsi “Biznes Etikası” mövsusunda təlim keçirmişdir
04 noyabr 2015-ci il tarixdə Lənkəran şəhər Gənclər Evində“Biznes Etikası” adlı təlim keçirilmişdir. Tədbiri giriş sözüylə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov açaraq təlim iştirakçılarını salamladı və keçirilən təlim haqqında qısa məlumat verdi.Daha sonra təlimçi Mehman Əliyev biznes etikasının iş yerinə daxil olmaq və dünya bazarında iştirak etmək üçün tələbələrdə etik qərarların qəbul etmə qabiliyyətini inkişaf etdirdiyini bildirdi. Daha sonra o, şəxsi etika, dəyərlər, məqsədlər, seçimlər haqqında danışaraq necə qərar vermək sualı ətrafında diskusiya apardı.
Təlimin keçirilməsində məqsəd gənclərdə etik dilemmalarda şəxsi dəyərləri qiymətləndirmək, şəxsi dəyər və məqsədlərə nail olmaq üçün atılacaq addımları müəyən edib birləşdirmək, şəxsi dəyərləri qeyri-etik seçimdən uzaqlaşmağa kömək edən vasitə kimi anlamağın və müəyyən etməyin vacibliyini öyrənməkdən ibarət idi. Təlimdə 25 nəfər gənc iştirak edirdi.