Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər Gənclər Evində “Bədən dili, motivasiya, və inkişaf” mövzusunda təlim keçirildi

19 oktyabr 2015 | 15:00

18 oktyabr 2015-ci ildə Gənclər Evində bədən dili, motivasiya və şəxsi inkişafla bağlı təlim keçirilmişdir.  Müstəqil təlimçi Məhəmməd Kərim bildirdi ki, İnsan, həyatı boyunca hər gün hamı ilə, özü də fərqində olmadan, bədən dilini istifadə edir. Ünsiyyət qurduğumuz adamlarla əlaqədar düşüncələrimizin meydana gəlməsində bədən dilinin rolu böyükdür. “Bədən dili”ndə ən vacib nöqtə, məlumat axınının davamlılığıdır. İki, ya da daha çox insan bir yerə yığıldığı zaman “bədən dili” dövrəyə girər. Bu mesajlar qarşılıqlı olaraq göndərilər və qəbul edilər. Göndərdiyimiz mesajlar fasiləsiz olaraq qarşıdakı insana çatmaqda və haqqımızda qənaət meydana gəlməkdədir. Eyni zamanda biz də qarşıdan davamlı mesaj alaraq qiymətləndiririk. Motivasiya  insanı hərəkətə gətirən güc və hərəktlərin istiqamətini müəyyənləşdirən, onların düşüncələri, ümüdləri, inamları, qısası arzu, tələbat və qorxularıdır. Motivasiya hərəkətə başlamamız üçün bir qüvvədir. Daha sonra təlimçi gənclərə şəxsi inkişafla bağlı məlumat verərək bildirdi ki, hər bir şəxs inkişafı onun özündən asılıdır. Müvəffəqiyyət gündəlik olaraq aldığımız kiçik ancaq vacib qərarlarımızdan asılıdır.
Təlim daha sonra diskusiya şəklində davam etdi. Təlimdə 30 nəfər gənc iştirak edirdi.

Keçidlər