Lənkəran şəhər Gənclər və İdman İdarəsində “Sağlam həyat tərzi” devizi altında gender, narkomaniya və QİÇS-lə mübarizə mövzularında təlim keçirilmişdir
12 oktaybar 2015- ci il tarixdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə idarənin nəzdindəki “Xan Lənkəran Könüllüləri” tərəfindən Lənkəran şəhər 1, 3, 4 saylı tam orta məktəblərində və Xarici Dillər Təmayüllü Gimnaziyada “Sağlam həyat tərzi” devizi altında gender, narkomaniya və İİV/Qiçs mövzularında maarifləndirici təlim keçirilmişdir. Təlimlərdə hər məktəbdə 30 nəfərə yaxın məktəbli iştirak etməklə ümumilikdə 130 nəfərə yaxın şagird iştirak etmişdir.
Təlimlərdə məktəblilərə gender bərabərliyi , narkomaniya, İİV/Qiçs haqqında məlumat verilmiş və onların törətdikləri fəsadlar video-roliklər vasitəsi ilə məktəblilərə əyani olaraq göstərilmiş, bu kimi vərdişlərin gəncilyə vurduğu ziyanlar ətrafında interaktiv səpkidə müzakirə aparılmışdır. Bu tip təlimlərin növbəti həftələrdə şəhərin digər məktəblərində də keçirilməsi nəzərdə tutulur.