Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ MÖVZUSUNDA TƏLİMLƏR KEÇİRİLDİ

13 oktyabr 2015 | 15:00

Ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatların beynəlxalq və milli səviyyədə təbliği məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ilə birgə 12-13 oktyabr tarixlərində Lənkəran şəhərində “Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və BMT-nin İnsan Hüquqları mexanizmləri” mövzusunda iki günlük təlimlər keçirdi.
“Qafqaz Sahil” otelində keçirilən təlimlərdə Lənkəranda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin rəhbərləri, Lənkəran ŞİH aparatının məsul əməkdaşları və KİV nümayəndələri iştirak edirdilər.
İki gün davam edən təlimlərdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının rəhbəri Aydın Səfixanlı və başqaları “İnsan hüquq və azadlıqlarına dair beynəlxalq standartlar və BMT-nin rolu”, “BMT-nin İnsan Hüquqları Sistemi”, “Milli İnsan Hüquqları Təsisatlarının və QHT-nin BMT-nin İnsan Hüquqları mexanizmində rolu” və “İnsan Hüquqlarının monitorinqi” mövzularında keçdikləri təlimlər auditoriya tərəfindən maraqla qarşılandı, qarşılıqlı anlaşma və diskussiya şəraitində keçdi. Çıxışlarda ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatların təbliği baxımından belə təlimlərin əhəmiyyəti vurğulandı.

Keçidlər