Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA QANVERMƏ AKSİYASI KEÇİRİLDİ

07 oktyabr 2015 | 15:00

Oktyabrın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı MQB-nin Lənkəran bölməsinin kollektivi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanasının binasında talassemiya və hemofiliya xəstələrinə kömək məqsədilə könüllü qanvermə aksiyası keçirilmişdir.
Xeyriyyə aksiyasında Lənkəran rayonunun idarə, müəssisə və təşkilatlarının, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin 300 nəfərə yaxın nümayəndəsi  fəal iştirak etmişdir.
Aksiyada toplanmış qan Mərkəzi Qan Bankında müayinə olunduqdan sonra talassemiya, hemofiliyalı və qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcəkdir.

Keçidlər