Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ

05 oktyabr 2015 | 15:00

5 oktyabr – Beynəlxalq Müəllimlər günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd edildi.
Bu münasibətlə “Şah Sarayı”nda keçirilən tədbiri şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova açaraq bütün müəllimləri peşə bayramları münasibətilə təbrik etdi, onlara şərəfli işlərində müvəffəqiyyətlər arzuladı, son illərdə respublikamızda, o cümlədən Lənkəranda təhsil sahəsində qazanılmış uğurlardan, yenu məktəb binalarının tikintisindən və s. ətraflı söhbət açdı.
Sonra təbrik üçün söz Lənkəran ŞİH-nin başçsısı Taleh Qaraşova verildi. Bütün pedaqoji ictimaiyyəti əlamətdar bayram münasibəti ilə təbrik edən İcra başçısı qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə müəllim əməyinə həmişə yüksək qiymət vermiş, onların sosial qayğılarını daim diqqət mərkəzində  saxlamışdır. Hazırda  möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, respublikamızın bütün guşələrində məktəb tikintisinə, elm və təhsilin inkişafına xüsusi diqqət yetirir, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın ən ucqar dağ kəndlərində yeni, müasir tələblərə cavab verən məktəb inşa olunur.
Taleh Qaraşov sonda rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək qiymətləndirdi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində növbəti illərdə bu uğurların daha da artırılmasını tövsiyə etdi, bütün pedaqoqları dövlət başçımızın ətrafında sıx birləşməyə çağırdı.
Sonra gənc nəslin tərbiyəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup təhsil işçisinə ŞİH-nin və ŞTŞ-nin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.
Şirniyyat stolu arxasında keçən, rayonumuzun incəsənət ustalarının ifasında səslənən şux, oynaq musiqi təranələri hamıya xoş ovqat bəxş etdi.

Keçidlər