Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU

01 oktyabr 2015 | 15:00

1 oktyabr  – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü Lənkəranda da təntənə ilə qeyd edildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri Heydər Əliyev Xatirə parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib önünə təzə-tər gül dəstələri düzdülər.
Sonra Lənkəran rayon prokurorluğunda bayram tədbiri keçirildi. Rayon prokuroru Natiq Abdullayev kollektivi təbrik etdi, prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışdı.
Sonda hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluğun əməkdaşları təbriklərini söylədilər.

Keçidlər