Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BEYNƏLXALQ AHILLAR GÜNÜ QEYD EDİLDİ

01 oktyabr 2015 | 15:00

1 oktyabr Beynəlxalq Ahıllar günü münasibətilə Lənkəran şəhər “Veteranlar klubu”nda “Qocalıq ömrün zirvəsidir” adlı musiqili-ədəbi kompozisiya keçirildi. Klubda ahıllar üçün şirniyyat stolu açılmışdı.
Beynəlxalq Ahıllar gününə həsr olunmuş tədbiri Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov açdı. O, qeyd etdi ki, 1992-ci ildə BMT Baş Məclisi tərəfindən dünyada Ahılların müdafiəsi ilə əlaqədar qətnamə qəbul olunub. Respublikamızda 2001-ci il iyulun 22-dən “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədədir. 1993-cü ildən isə hər il oktyabr ayının 1-i Ahıllar günü kimi qeyd olunur. Təbii ki, bu da qocalara dövlət qayğısının ifadəsidir...
Sonra Vətən, sülh, qocalar haqqında şeirlər və mahnılar səsləndi. C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Musiqi məktəbinin müəllimi İmanverdi Ağayevin, təqaüddə olan keçmiş mədəniyyət işçisi Yəhya Hətəmovun, tanınmış müğənni Mətanət Babayevanın ifasında muğamlar, xalq və Azərbaycan bəstəkarlarının mahnıları maraqla qarşılandı.
Tədbirin aparıcısı və ssenari müəllifi Cəfər Fətullayev idi.

Keçidlər