Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

DAXİLİ İŞLƏR NAZİRİ LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

29 sentyabr 2015 | 15:00

Qəbulda Lənkəran şəhəri, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarından olan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib.
Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.
Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, digər ərizələrin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb.
Qəbulda iştirak edən vətəndaşlar Azərbaycan Prezidenti İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə daim xüsusi diqqət və qayğı göstərilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 91 nəfər də qəbulda iştirak edib.
Daxili işlər naziri Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.

Keçidlər