Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA KONFRANS KEÇİRİLDİ

30 sentyabr 2015 | 15:00

Sentyabrın 30-da Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Lənkəran Şəhər İcra Hakimiyyətiilə birlikdə Heydər Əliyev Mərkəzində “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusuna həsr olunmuş konfrans keçirdi.
Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov konfransı giriş sözü ilə açdı.
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Məcidov, şöbə müdiri Kamran Umudov, Lənkəran Regional Xidmətinin müdiri Nurlan Məmmədov, Dövlət Xidmətinin əməkdaşı Şahin Nağıyev mövzu ətrafında çıxış etdilər.
Qeyd edildi ki, ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hüquqi bazanın əsasını Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 19 sentyabr 1995-ci il tarixində qəbul edilmiş  “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar təşkil edir. Respublika ərazisində istehlakçıların  malların və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, malların çeşidi, miqdarı və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməsi, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, insanların sağlamlığı, həyatı üçün təhlükəli olan malların vurduğu zərərin ödənilməsini tələb etməsi və bu haqda səlahiyyətli dövlət orqanlarına məlumat verməsi və digər hüquqlara malik olmaları konfrans iştirakçılarının diqqətinə çatdırıldı.
Axırda konfrans iştirakçılarını maraqlandıran bir çox suallar cavablandırıldı.

Keçidlər