Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRİ LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

29 sentyabr 2015 | 15:00

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev sentyabrın 29-da Lənkəran şəhərində vətəndaşları qəbul edib.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəran şəhəri, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Görüşdən əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıb. Sonra Əbülfəs Qarayev mərkəzin ekspozisiyası ilə tanış olub.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Qəbuldan sonra nazir Lənkəran şəhər Mədəniyyət Mərkəzində, yeni istifadəyə verilmiş Tarix-Diyarşünaslıq Muzeyində və Turizm İnformasiya Mərkəzində olub, bu qurumların fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Keçidlər