Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

TALEH QARAŞOV LƏNKƏRAN ŞAHMAT MƏKTƏBİNİN YETİRMƏLƏRİNİ QƏBUL ETDİ

23 sentyabr 2015 | 15:00

5-16 iyul 2015-ci il tarixində Zaqatala şəhərində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilmişdir. Bu yarışda Lənkəran şəhər Şahmat məktəbinin komandası olimpiya çempionu olmuşdur. Bundan əlavə, şahmatçılarımız şəxsi birincilikdə də yüksək nailiyyətlər qazanmışlar.
    Eyni zamanda, 20-28 avqust 2015-ci il tarixində Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən Beynəlxalq Şahmat Festivalında Lənkəran şəhər Şahmat məktəbinin zəka sahibləri uğurlu nəticələr əldə etmişlər.
     Sentyabrın 23-də Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Respublika Şahmat Olimpiadasında və Beynəlxalq Şahmat Festivalında uğur qazanan Şahmat məktəbinin yetirmələrini qəbul etdi. İcra başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyev şahmatın yeniyetmə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsində mühum rol oynadığını xüsusi vurğulamışdır. Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev Respublikamızda idmanın, o cümlədən bu müdrik oyunun inkişafına böyük diqqət və qayğı göstərir, bölgələrdə şahmat məktəblərinin açılmasına mühüm önəm verir.
     Yeniyetmə şahmatçılarımızın qazandığı uğurların hamını sevindirdiyini söyləyən Taleh Qaraşov həm Respublika, həm də beynəlxalq yarışlarda onların Lənkəranın adını həmişə yüksəklərə qaldırdığını fərəhlə qeyd etdi. “Siz ölkə şahmatının inkişafına öz töhfələrinizi verirsiniz. Bu sahədə xidmətiniz əvəzsizdir” – deyə İcra başçısı söylədi. Onları qazandıqları qələbələr münasibətilə təbrik edən Taleh Qaraşov şahmatçılara imkanlarından maksimum səmərəli istifadə etməyi və gələcək yarışlarda yeni-yeni qələbə sevincləri arzuladı.
     Şahmat məktəbinin direktoru İdrak Dadaşov ölkəmizdə şahmatın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət rəhbəri cənab İlham Əliyevə, bugünkü səmimi qəbula və təbriklərə görə İcra başçısına minnətdarlığını bildirdi.
   Sonra Taleh Qaraşov olimpiya çempionları Vüsal Həsənzadə, Kənan Əhədzadə, Turqut Vəliyev, Nəzrin Mirzəzadə, o cümlədən şəxsi birinciliyin qalibləri Ayan Allahverdiyeva, Hacıəli Əhədzadə və Nəriman Ağayevə Fəxri fərmanlar və hədiyyələr təqdim etdi.
     Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər