LƏNKƏRANDA “ERKƏN NİKAHLAR-GÜNAHSIZ İNSANLAR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ
Sentyabrın 22-də Lənkəran şəhəri Heydər Əliyev Mərkəzinin akt zalında Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Erkən nikahlar-günahsız qurbanlar" mövzusunda elmi praktik konfrans keçirildi. Tədbir yeniyetmə və gənclərin hüquqi biliklərinin artırılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması məqsədi daşıyırdı. Tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə xanım Əliyeva açaraq tədbirin məqsədini izah etdi. Tədbirdə Ərazi vahidləri üzrə yerli icra nümayəndələri, Lənkəran Dövlət Humanitar Koleci və Lənkəran Dövlət Tibb Kollecinin tələbə-müəllim heyyəti, Lənkəran Şəhər Təhsil Şöbəsindən 100 yuxarı sinif şagirdi, ümmumtəhsil orta məktəbinin direktorları iştirak etdilər. Məruzə ətrafında Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova, Lənkəran Perinatal Mərkəzinin baş həkimi Nəhmətova Yeganə, Lənkəran VAAQ şöbəsinin aparıcı mütəxəsisi Bəxtiyar Tağıyev, Dini Qurumlarla iş üzrə Dövlət Komtəsinin Lənkəran Bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışlar etdilər.