Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Milli musiqi günü” münasibətilə tədbir keçirildi

21 sentyabr 2015 | 15:00

Bu mötəbər gün 1995-ci ildən Ümummilli Lider Heydər Əliyev tərəfindən “Üzeyir musiqi günü” kimi rəsmiləşdirilib. Musiqi mədəniyyətimizin korifeyi, dünya şöhrətli bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günü təkcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır.
Bu əlamətdar gün bütün respublikada olduğu kimi Lənkəranda da qeyd olundu.
18 sentyabr tarixində Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Ü.Hacıbəyovun 130 illiyi - “Milli musiqi günü” münasibətilə tədbir keçirildi. Tədbirdə rayonda incəsənət sahəsində çalışan ziyalılar, musiqi məktəblərinin müəllimləri və şagirdləri iştirak edirdilər. Açıq havada keçirilən konsert proqramı Lənkəran şəhər Rəssamlıq məktəbi şagirdlərinin Ü.Hacıbəyovun əsərlərinin motivləri əsasında hazırladığı rəsm, Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi musiqi ədəbiyyatı ilə bağlı sərgilərin nümayişi ilə başlandı.
Musiqi gününə həsr olunan tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli tədbir iştirakçılarını milli musqi günü münasibətilə təbrik etdi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirdi ki, bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Təsadüfü deyil ki, hər il sentyabrın 18-də ölkəmizdə keçirilən Üzeyir Musiqi Günləri artıq ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır. Böyük Üzeyirin “Leyli və Məcnun” operasının yubileyi ölkəmizlə yanaşı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-da da təntənəli şəkildə qeyd olundu.
Tədbir C.Cabbarlı adına 1 nömrəli və H.Rzayeva adına 2 nömrəli musiqi məktəbinin müəllim və şagirdlərinin hazırladığı maraqlı konsert proqramı ilə davam etdirildi. Konsert proqramına dahi bəstəkarın Koroğlu üvertürası ilə yekun vuruldu.

Keçidlər