Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

BİLİK GÜNÜNDƏ – YENİ MƏKTƏBDƏ

15 sentyabr 2015 | 15:00

15 sentyabr – Bilik günü Darquba kənd tam orta məktəbinin pedaqoji və şagird kollektivi üçün çox əlamətdar və yaddaqalan oldu. Həmin gün məktəb kollektivi ilə yanaşı, valideynlər, kənd ictimaiyyəti, ziyalılar, ağsaqqallar, qocaman təhsil işçiləri yeni tikilmiş 180 yerlik məktəb binasının açılış mərasiminin sevincini, təntənəsini birgə yaşadılar.
      Əvvəlcə Azərbaycanın Dövlət Himni tədbir iştirakçıları tərəfindən canlı ifa edildi.
     Sonra məktəbin direktoru Mayis Kazımov çıxış edərək pedaqoji kollektiv, şagirdlər, valideynlər, bütün kənd ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini uğurla həyata keçirən, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova, tikintidə əməyi olanlara, şirkətin rəhbərliyinə minnətdarlığını bildirdi.
     Kənd ağsaqqalı Əbülfəz Ağayev, məktəbin müəllimi Lətifə Cavadova, X sinif şagirdi İlahə Həsənli ürək sözlərini söylədilər, VII sinif şagirdi Mətanət Xosrovzadə “İlham Əliyev – ilin adamı” şeirini ifa etdi.
     Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov tarixi, yaddaqalan gün – Bilik günü və yeni məktəbin açılışı münasibətilə təbriklərini çatdırdı, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları proqramının bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyat keçirildiyini bildirdi, respublikamızda yeni məktəb binalarının tikintisinin geniş vüsət aldığını, tədrisin maddi-texniki bazasının getdikcə möhkəmləndiyini, şagirdlərin daha savadlı və sağlam böyüməsi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırdı, yeni dərs ilində pedaqoji və şagird kollektivinə müvəffəqiyyətlər arzuladı.
     Sonda rəmzi qırmızı lent kəsildi, məktəblə tanışlıq oldu.
     Qeyd edək ki, Darquba kənd tam orta məktəbi 180 şagird yerlikdir, şagirdlərin təlim-tərbiyəsi ilə 26 nəfər müəllim məşğul olur. Yeni məktəb binası 3 mərtəbəlidir. Burada 2 bufet, 80 nəfərlik akt zalı, informatika kabineti, fizika, kimya, biologiya laboratoriyaları, kitabxana, tibb və texniki işçilər, aktyor və qrim otaqları, üstüörtülü qış idman zalı, yay idman meydançası, mərkəzləşdirilmiş istilik sistemi, 220 tonluq ehtiyat su anbarı və əlavə transformator vardır.

Keçidlər