Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

BALIQÇILAR QƏSƏBƏSİNƏ TƏBİİ QAZ VERİLDİ

31 avqust 2015 | 15:00

Avqustun 31-də rayonumuzun Balıqçılar qəsəbəsinə təbii qazın verilməsi münasibətilə tədbir keçirildi. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
     Bildirildi ki, 499 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18935 metr polietilen və ümumi uzunluğu 21494 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 499 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
     Tədbirdə çıxış edən qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
    Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Qismət Əsgərov əlamətdar hadisə münasibətilə təbriklərini çatdırdı.
     Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açdı, Lənkəranda 62 yaşayış məntəqəsinin qazlaşdırıldığını, ilin sonunadək daha 6 kəndə “mavi alov”un veriləcəyini diqqətə çatdırdı, qəsəbə sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.
     Sonda rəmzi məşəl alovlandırıldı.

Keçidlər