Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “TƏHSİL MÜƏSSİSƏLƏRİNİN YANĞIN TƏHLÜKƏSİZLİYİ” MÖVZUSUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

02 oktyabr 2012 | 15:00

Əhalinin yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirilməsi üçün müəyyən olunmuş vəzifələrin icrasının səmərəsini yüksəltmək, eyni zamanda gənclərdə həyat təhlükəsizliyinin əsasları ilə bağlı məlumatların artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat xarakterli tədbirlərə önəm verərək, respublikanın təhsil müəssisələrində yanğına qarşı təbliğat işlərini davam etdirir.
Növbəti tədbir Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseydə keçirilmişdir. DYNX-nin Cənub Dövlət Yanğın Nəzarəti idarəsinin Lənkəran şəhər Təhsil şöbəsi ilə birgə təşkil etdiyi tədbiri Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vüsal Nəsirli açaraq təhsil müəssisələrində keçirilən belə tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulamış və yanğın təhlükəsizliyi ilə bağlı əhalinin, xüsusən məktəb şagirdlərinin maarifləndirilməsinin vacibliyini və zəruriliyini diqqətə çatdırmışdır.
Sonra DYNX-nin Dövlət nəzarəti işinin təşkili şöbəsinin böyük inspektoru, daxili xidmət polkovnik-leytenantı Elçin Hüseynov “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyinin təmin edilməsi günün aktual məsələsidir” mövzusunda çıxış etmişdir. Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin” adlı slaydı təqdim edərək, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat vermişdir. N.Fərəcov həmçinin “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” ilə bağlı seminar-müşavirə iştirakçılarını məlumatlandırmışdır.
Tədbirdə təhsil müəssisələri ərazisinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (su hovuzları, su kəmərləri, su çənləri, su hidrantları) qayğı ilə yanaşılması, elektrik təsərrüfatlarının “Elektrik qurğularının quraşdırılması qaydaları”na cavab verməsinin vacibliyi qeyd olunmuşdur.
Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə nümayiş etdirilmiş, yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən buklet və kitabçalar təhsil işçilərinə paylanmışdır.
Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.
 

Keçidlər