Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞİH BAŞÇISI YANINDA NÖVBƏTİ ŞURA İCLASI KEÇİRİLDİ

25 avqust 2015 | 15:00
     Avqustun 25-də Lənkəran ŞİH başçısı yanında növbəti Şura iclası keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə edildi:

 “2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında” (məruzəçi Lənkəran ŞİH başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev).
      “Rayon ərazisində baytarlıq xidmətinin təşkili, yerli mal-qaranın damazlıq cinslərlə əvəz olunması və yem bazasının genişləndirilməsi haqqında” (məruzəçi Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov).
      Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müzakirə olunan  birinci məsələyə münasibət bildirərək dedi ki, 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq sahəsində görüləsi işlər çoxdur. Rayonun elektrik təsərrüfatında problemlər mövcuddur. Küləkli, yağışlı günlərdə işıqlar tez-tez sönür. Bu sahədə texniki nasazlıqlar tam aradan qaldırılmalı, əhali fasiləsiz elektrik enerjisi ilə təmin edilməlidir. Xüsusilə ümumtəhsil məktəblərinin elektrik enerjisi ilə təminatı diqqət mərkəzində saxlanılmalıdır. İlin sonunadək rayonda yaşayış məntəqələrinin qazlaşdırılmasının 93%-ə çatdırılması nəzərdə tutulmuşdur. Su-kanalizasiya sistemində xidmət günün tələbləri səviyyəsində təşkil olunmalıdır. Şəhər təsərrüfatının fəaliyyəti yaxşılaşdırılmalı, küçələr təmiz və səliqəli saxlanılmalı, zibillər vaxtında daşınmalı, sudaşıyıcı kanallar operativ təmizlənməlidir. Şəhər ərazisində gecələr işıqlandırma sistemi yaxşı vəziyyətə gətirilməlidir. Yol kənarlarında tullantılar yığışdırılmalıdır. Şəhər ərazisində, kənd və qəsəbələrin ərazisində tikintilərin arxitekturasına və dizaynına ciddi fikir verilməlidir.
     Şura iclasında müzakirə olunan ikinci məsələ ilə əlaqədar İcra başçısı rayon ərazisində baytarlıq xidmətinin təşkilinin, yerli mal-qaranın damazlıq cinslərlə əvəz olunmasının əhəmiyyətini vurğuladı, bu barədə əhaliyə məlumat verilməsinin zəruriliyini önə çəkdi, xüsusilə mal-qaranın sanitariya qaydalarına ciddi riayət edilməklə kəsilməsinə diqqətin artırılmasını tapşırdı.
Şura iclasında müzakirə olunan hər iki məsələyə dair qərarlar qəbul edildi.

Keçidlər