LƏNKƏRANDA “23 AVQUST HADİSƏLƏRİ”NİN 22-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ANIM MƏRASİMİ KEÇİRİLDİ
1993-cü il 23 avqust hadisələrinin 22-ci ildönümü münasibətilə Lənkəranda anım mərasimi keçirilmişdir. Mərasimdə ictimaiyyətin nümayəndələri, ziyalılar, şəhid ailələri və s. iştirak etmişdir.
Mərasim iştirakçıları Milli Qəhrəmanlar Etibar Əliyevin, Paşa Təhməzovun və Soltanağa Bayramovun büstləri önünə gül dəstələri qoymuşlar.
Lənkəran ŞİH başçısının I müavini İlqar Dadaşov mərasimdə çıxış edərək 1993-cü ilin avqustunda Azərbaycanın müstəqilliyinin təhlükələrdən qorunmasında lənkəranlıların da böyük rol oynadığını bildirmiş, Vətəninin, torpağının hər qarışını ürəkdən sevən və bu amal uğrunda canını qurban verən Milli Qəhrəmanların xatirəsinin xalqın qəlbində daim yaşayaraq, əziz tutulduğunu qeyd etmişdir.
Avqust hadisələrinin iştirakçısı olmuş Hafiz Mirzə xatirələrini söyləmiş, şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.