Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Lənkəranda

07 avqust 2015 | 15:00

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq 06-07 avqust 2015-ci il tarixlərdə Lənkəranda tanışlıq səfərində olmuşdur. Səfər zamanı Səfir Lənkəran ŞİH başçısı Taleh Qaraşovla görüşmüşdür. Görüş zamanı qonaq rayonun sosial-iqtisadi inkişafı və mədəni quruculuğu sahəsində görülən işlərə heyran qaldığını bildirmiş, Böyük Britaniya-Azərbaycan əlaqələri çərçivəsində Lənkəranın Böyük Britaniyanın şəhərləri ilə dostluq və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri barədə İcra başçısı ilə fikir mübadiləsi aparmışdır. Sonra Səfir YAP Lənkəran Şəhər Təşkilatının qərargahında olmuş və şəhər təşkilatının sədri İlqar Dadaşovla  təşkilatın fəaliyyəti, parlament seçkilərinə hazırlıq işləri barədə söhbət etmişdir.
     Səfir eyni zamanda rayonda fəaliyyət göstərən ictimai birliklərin, siyasi partiyaların və dini icmanın üzvləri də görüşmüş, ictimai-siyasi vəziyyət, dini durum və parlament seçkiləri ilə bağlı hazırlıq işləri barədə fikir mübadiləsi etmişdir.
       Avqustun 07-də Böyük Britaniyanın səfiri Bakı şəhərinə  yola düşmüşdür.

Keçidlər