Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “AZƏRBAYCAN MİLLİ MƏTBUATI-140: “ƏKİNÇİ” ƏNƏNƏLƏRİ VƏ MÜASİR JURNALİSTİKA” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

28 iyul 2015 | 15:00

İyulun 28-də Lənkəran ŞİH-nin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində “Azərbaycan milli mətbuatı-140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda konfrans keçirildi.
     Konfransı giriş sözü ilə Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq tədbir iştirakçılarını Milli Mətbuat günü münasibətilə təbrik etdi, dövlətimizin mətbuata olan diqqət və qayğısından, medianın müasir dövrdəki inkişaf perspektivlərindən danışdı. Rektor Milli Mətbuatımızın bütün dövrlərdə həqiqət carçısı olduğunu, xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynadığını bildirdi və qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ölkəmizdə söz və azad mətbuatın inkişafına göstərilən diqqət və qayğının təzahürüdür.
     “Lənkəran” qəzetinin baş redaktoru İltifat Əhmədov “Azərbaycan milli mətbuatı-140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda məruzə edərək mətbuatımızın keçdiyi 140 illik şərəfli yolundan danışdı.
    Lənkəran Dövlət Universiteti mətbuat və informasiya xidmətinin rəhbəri Etibar Əhədov, “Olaylar” qəzetinin bölgə müxbiri Hafiz Mirzə, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, APA informasiya agentliyinin bölgə müxbiri Ağaddin Babayev, “Lerik” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İdris Şükürlü və LDU-nun Tələbə Gənclər Təşkilatının sədri Emin Həmidli çıxış edərək Milli Mətbuatımızın uğurla inkişaf etdiyini və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində mühüm rol oynadığını bildirdilər.
     Konfransda jurnalistlərin bir qrupuna Fəxri fərman və hədiyyələr təqdim edildi.
     Konfransda rayon ictimaiyyətinin nümayəndələri də iştirak edirdilər.

Keçidlər