Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ALMANİYANIN SƏFİRİ LƏNKƏRANDA

02 oktyabr 2012 | 15:00

FİFA U-17 qadınlararası futbol üzrə dünya çempionatı ilə bağlı Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Herbert Kvelle 30 sentyabr-1 oktyabr tarixlərində Lənkəran şəhərində olmuşdur.
Cənab səfir xanımı ilə birlikdə sentyabrın 30-da Lənkəran şəhər mərkəzi stadionunda keçirilən Almaniya-Uruqvay görüşünü izləmişdir. Oyun 5:2 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatmışdır.
Oktyabrın 1-də cənab Herbert Kvelle xanımı ilə birlikdə Lənkəran Dövlət Universitetində olmuşdur. LDU-nun rektoru, professor Asəf İsgəndərov ali qonağa universitetin yaranma tarixi, tədris prosesi və fakültələr barədə məlumat vermişdir.
Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Almaniyanın Azərbaycandakı səfiri həmin gün Lənkəran Şəhər İcra Hakimiyyətində də olmuşdur. Qonağı və onun xanımını İcra başçısı Taleh Qaraşov qarşılamışdır.
İcra Aparatının konfrans zalında keçirilən qəbul zamanı ŞİH-nin başçısı Taleh Qaraşov cənab səfiri Almaniya-Uruqvay görüşündə qazanılan inamlı qələbə münasibətilə təbrik etmiş, daha sonra qonağa Lənkəranın qədim tarixə malik olması barədə məlumat vermiş, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində rayonumuzda həyata keçirilən tədbirlərdən danışmışdır.
Səfir Herbert Kvelle Lənkərana ilk dəfə rəsmi görüşə gəldiyini bildirmiş, 17 yaşlı qızlar arasında Lənkəran şəhərində keçirilən Almaniya-Uruqvay matçına tamaşa etdiyini söyləmiş, Lənkəranın böyük turizm potensialına malik olduğunu vurğulamış, səmimi qəbula görə İcra başçısına minnətdarlığını bildirmişdir.
Sonda cənab səfir kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir.
 

Keçidlər