Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın Nərimanabad qəsəbəsinə və “Üzümçülük” yaşayış məntəqəsinə təbii qaz verildi

25 iyun 2015 | 15:00

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, iyunun 25-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsinə və qəsəbədəki “Üzümçülük” yaşayış məntəqəsinə təbii qaz verildi.
Bu münasibətlə keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov,  SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bildirildi ki, 754 abonenti olan Lənkəran rayonunun Nərimanabad qəsəbəsinə təbii qazın yenidən verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 28 min 214 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 754 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
      167 abonenti olan  “Üzümçülük” yaşayış məntəqəsinə də “mavi yanacağ”ın verilişi yenidən bərpa olunub. Bu məqsədlə ərazidə 8 min 528 metr uzunluqda müxtəlif diametrli metal boru, 901 metr uzunluqda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 167 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
        Tədbirlərdə çıxış edən Lənkəran ŞİH başçısının Nərimanabad inzibati-ərazi dairəsi üzrə nümayəndəsi Ağamirzə Ağayev, sakinlərdən Respublikanın əməkdar müəllimi İman Mikayılov, gənclər adından Uğur Qurbanzadə və başqaları  əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
       Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov  Nərimanabad qəsəbəsinin və Üzümçülük yaşayış məntəqəsinin sakinlərini əraziyə təbii qazın verilməsinə görə təbrik etdi, onlara ən xoş və səmimi arzularını çatdırdı.
        SOCAR-ın prezidenti Rövnəq Abdullayev Respublikamızda, o cümlədən Lənkəran rayonunda yaşayış məntəqələrinin təbii qazla təchiz edilməsi istiqamətində görülən işlərdən söz açdı, Lənkəranın 58-ci yaşayış məntəqəsinə təbii qazın verildiyini diqqətə çatdırdı, “Mavi alov”un hər bir evə hərarət və bərəkət gətirməsini arzuladı.
         Sonda təbii qazın verilməsinin rəmzi olan məşəl alovlandırıldı.

Keçidlər