Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD EDİLDİ

16 iyun 2015 | 15:00

İyunun 16-da Lənkəranda Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi.
   Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
  “Şah sarayı”nda keçirilən tədbirdə MRX-nın baş həkimi Ağabala Kəlbiyev həmkarlarını peşə bayramı münasibətilə təbrik etdi, Ulu Öndər Heydər Əliyevin səhiyyəmizin inkişafı ilə bağlı tarixi xidmətlərindən danışdı, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açdı.
  Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əvvəlcə tədbir iştirakçılarını  I Avropa Oyunlarının başlanması və Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. Peşə bayramı münasibətilə bütün səhiyyə işçilərini təbrik edən İcra başçısı bildirdi ki, həkimlər cəmiyyətimizin ən hörmətli və fədakar üzvləridir. Ağ xalatlı tibb işçiləri sağlamlığımızın keşiyində həmişə ayıq-sayıq durmuş, şərəfli peşə sahibləri kimi böyük nüfuz qazanmışlar.
   Sonra səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə Lənkəran ŞİH-nin və MRX-nın Fəxri fərmanları və hədiyyələri təqdim edildi.
   Bayram tədbirində Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov,  “Tərəqqi” medallı tibb işçisi Məmmədrahim Fərzullayev, MRX-nın həmkarlar təşkilatının sədri Həsənağa Cəbiyev və başqaları çıxış edərək ürək sözlərini və təbriklərini söylədilər.
   Ziyafət stolu arxasında keçən və yerli müğənnilərin konsert proqramı ilə müşayiət olunan bayram tədbiri hamıya xoş ovqat bəxş etdi.

Keçidlər