Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

15 iyun 2015 | 15:00

İyunun 15-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində  Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşumuz və Xilaskarımız” adlı  tədbir keçirilib. ADDIM Gənclər Təşkilatının, Gənclər üçün Təhsil Mərkəzinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH-nin məsul işçisi Tahir Zülfüqarov xalqımızın Qurtuluş gününün tarixinin hal-hazırki müstəqil Azərbaycan üçün əhəmiyyətli bir tarix olduğunu qeyd edib.
     Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə Azərbaycan xalqının bugünkü inkişafı, tərəqqisi üçün Ulu Öndər Heydər Əliyevin gördüyü  misilsiz xidmətlərindən söz açıb.
     ADDIM Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə isə çıxışında Dahi Öndər və xilaskarın şərəfli ömür yolu və fəaliyyətindən, onun Azərbaycan tarixindəki  önəmli rolundan danışıb. Natiq Azərbaycan gəncliyini Öndərimizin  yaratdığı sivil və demokratik cəmiyyətin layiqli vətəndaşları olmağa səsləyib. 
       Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin 1992-1993-cü illərdəki siyasi  fəaliyyətini əks etdirən sənədli filmə tamaşa ediblər.

Keçidlər