ALMANİYA 5:2 URUQVAY
Futbol üzrə FIFA U-17 qadınlararası dünya çempionatının qrup mərhələsinin oyunlarına sentyabrın 30-da yekun vurulmuşdur.
Lənkəran Şəhər Mərkəzi Stadionunda Almaniya və Uruqvay milli komandaları qarşılaşdığı oyunun 14-cü dəqiqəsində Almaniya millisinin oyunçusu Sara Diabretiz hesabı açmışdır. Matçın 42-ci dəqiqəsində isə uruqvaylı futbolçu Yamila Badel hesabı bərabərləşdirmişdir. Görüşün ilk hissəsi 1:1 hesabı ilə başa çatmışdır.
Fasilədən sonar, oyunun 48-ci dəqiqəsində Almaniya millisinin üzvü Redekka Knakk ikinci topu rəqibin qapısından keçirmişdir. Oyunun 64-cü dəqiqəsində S.Diabretiz dubl ilə yadda qalmışdır. Bir dəqiqə sonra almaniyalı Rikarda Kiesslinq hesab arasındakı fərqi artıraraq üç topa çatdırmışdır. Qarşılaşmanın 80-ci dəqiqəsində Uruqvay millisinin qapısına təyin olunmuş penaltini Şaron Beck dəqiq yerinə yetirmişdir. Görüşün 87-ci dəqiqəsində Y.Badel Uruqvay millisinin heyətində dubl etmişdir.
Beləliklə, barbadoslu baş hakim Gillian Martindalenin idarə etdiyi oyun 5:2 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatmış və komanda dünya çempionatının 1/4 final mərhələsinə yüksəlmişdir.
Qeyd edək ki, FİFA U-17 qadınlararası dünya çempionatının 1/4 final mərhələsində mübarizə aparacaq bütün komandalar müəyyənləşmişdir. Bunlar Nigeriya, Fransa, Yaponiya, Qana, Koreya Respublikası, Kanada, Almaniya və Brazliyanın milli komandalarıdır.