Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Ümummilli Liderə ümumxalq məhəbbəti

15 iyun 2015 | 15:00

15 İyun – Milli Qurtuluş günü Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da böyük təntənə və coşqu ilə qeyd edildi.
İyunun 13-də dünya şöhrətli siyasətçi, çağdaş Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin adını daşıyan Xatirə Parkında Ulu Öndərin abidəsi ziyarət edildi, dahi rəhbərin əziz xatirəsi dərin ehtiramla yad olundu.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  Ümummilli Liderin əzəmətli abidənin önünə təzə-tər güllər qoydu, ehtiram əlaməti olaraq təzim etdi.
Sonra hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin və əmək kollektivlərinin nümayəndələri Ümummilli Liderin əziz xatirəsinə ehtiram olaraq abidə önündən təzimlə keçərək abidə önünə gül dəstələri düzdülər.
Mərasimdə Ulu Öndərə həsr olunmuş mahnılar səsləndirilmişdir.

Keçidlər