ULU ÖNDƏRƏ ÜMUMXALQ MƏHƏBBƏTİ
13 iyun 2015 | 15:00
15 İyun – Milli Qurtuluş günü Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da böyük təntənə və coşqu ilə qeyd edildi.
İyunun 13-də dünya şöhrətli siyasətçi, müasir dövlətçiliyimizin memarı Heydər Əliyevin adını daşıyan Xatirə Parkında Ulu Öndərin abidəsi ziyarət edildi, dahi rəhbərin əziz xatirəsi dərin ehtiramla yad olundu.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əzəmətli abidənin önünə təzə-tər güllər qoydu, ehtiram əlaməti olaraq təzim etdi.
Sonra hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri Ümummilli Liderin əzəmətli abidəsi önünə gül dəstələri düzdülər.
Axırda ümumxalq ziyarəti başlandı.