Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

15 İYUN – MİLLİ QURTULUŞ, MİLLİ QÜRUR GÜNÜMÜZDÜR

12 iyun 2015 | 15:00

İyunun 12-də Milli Qurtuluş Günü münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin iclas zalında bayram tədbiri keçirildi.
      Tədbiri giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov əvvəlcə iştirakçıları I Avropa Oyunlarının başlanması münasibətilə təbrik etdi. Tarixdə ilk dəfə keçirilən I Avropa Oyunları ilə Azərbaycanın öz potensialını dünyaya nümayiş etdirəcəyini xüsusi vurğulayan İcra başçısı sonra  ölkəmizdə qazanılan bütün bu nailiyyətlərin kökündə Ulu Öndər Heydər Əliyev siyasətinin durduğunu diqqətə çatdırdı.
       XX əsrdə Azərbaycanın 2 dəfə – 1918-ci il mayın 28-də və 18 oktyabr 1991-ci il tarixdə dövlət müstəqilliyi əldə etdiyini söyləyən Taleh Qaraşov Ə.Vəzirov, A.Mütəllimov, Ə.Elçibəy hakimiyyəti illərində xalqımızın başına gətirilən müsibətlərdən, ölkəmizdə hökm sürən xaos, anarxiya və özbaşınalıqlardan ətraflı danışdı. Məhz belə bir məqamda xalqın qeyrətli oğlu Heydər Əliyev millətinə yeni bir nəfəs, yeni bir həyat gətirdi, – deyə İcra başçısı qeyd etdi.
       T.Qaraşov daha sonra bildirdi ki, 15 iyun Azərbaycanın və hər bir Azərbaycan vətəndaşının taleyində, yaddaşında əbədi həkk olunan tarixi günlərdən biridir. Kəsb etdiyi əhəmiyyətinə görə bu tarix dövlətçiliyimizin və müstəqilliyimizin bütün təhlükələrdən qurtuluşu günüdür. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkəmizdə vətəndaş müharibəsi təhlükəsinin baş verməsi, qardaş qanının axıdılması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Ölkənin qərbində – Gəncədə qardaş qardaşı qətlə yetirdi, cənubda Ə.Hümbətovun başçılığı altında separatçı qüvvələr Talış-Muğan Respublikası yaratdılar, şimalda sadvalçılar Ləzgistan respublikası yaratmağa cəhd göstərdilər.  Yalnız Ümummili Liderimiz Heydər Əliyev müstəqilliyimizin bu çətin məqamından böyük uzaqgörənliklə Azərbaycanımızı mövcud parçalanmadan xilas edə bildi.
        İcra başçısı vurğuladı ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra öz fenomenal siyasi iradəsi sayəsində təzəcə müstəqil olan Azərbaycanı daxili çəkişmələrə sövq etmiş səriştəsiz və bacarıqsız dövlət rəhbərlərindən təmizlədi. Ölkədə qardaş qırğınının qarşısı alındı. Aparılan islahatlar nəticəsində Respublika sürətli iqtisadi inkişaf yoluna qədəm qoydu. Xalqın maddi və mənəvi həyat səviyyəsi yüksəldi. Ölkəmiz dünya birliyində layiqli yerlərdən birini tutdu. Onun beynəlxalq nüfuzu artdı. Bir sözlə, müstəqilliyimiz əbədi və dönməz oldu...
    Taleh Qaraşov daha sonra Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin titanik fəaliyyətindən, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində  həyata keçirdiyi qlobal işlərdən, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” kəlamını əməli işi ilə sübuta yetirməsindən, Lənkəranın həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmasından, rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq və səliqə-sahman işlərinin gündən-günə sürətlənməsindən, Lənkəranın öz müasir simasını alması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs etdi, axırda bütün lənkəranlıları cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı, hamını bir daha I Avropa Oyunlarının başlanması və Milli Qurtuluş Günü münasibətilə təbrik etdi.

Keçidlər