Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda I Avropa Oyunlarına həsr olunmuş velosiped yürüşü keçirilib

03 iyun 2015 | 15:00

Bu gün Lənkəranda Bakı-2015 I Avropa Oyunlarına həsr olunmuş velosiped yürüşü keçirilib. Yürüş səhər saatlarından şəhərin Bayraq meydanından start götürüb. Lənkəran Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan yürüşdə 15 yaşından 60 yaşına kimi peşəkar və həvəskar idmançılar iştirak edib. Ümumilikdə yürüşə rayonun 90-a yaxın velosiped həvəskarı qoşulub.

Yürüşün keçirilməsində əsas məqsəd gənclərin idmana olan marağını artırmaq və ölkəmizdə keçirilən Birinci Avropa oyunlarına dəstək olmaqdan ibarət olub. Azərbaycanın üçrəngli bayrağının müşayiəti ilə keçirilən yürüşü şəhər sakinləri də maraqla izləyib.

8 km məsafəni başa vuran yürüş iştirakçılarını Heydər Əliyev Parkında coşqu ilə qarşılayıblar.

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirib ki, bundan sonra da Avropa oyunlarının sonuna qədər müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

Yürüşün sonunda həvəskar idmançılar Heydər Əliyev mərkəzində  Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən ekspozisiyalarla tanış olublar .

Keçidlər