LƏNKƏRANDA UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə və əsl coşqu ilə qeyd edildi.
Səhər saatlarında Lənkəran Mədəniyyət Mərkəzində şəhər İcra hakimiyyəti, şəhər Təhsil şöbəsi, şəhər Mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram tədbirinə ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimləri, şagirdləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçiləri və uşaqları toplaşmışdılar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Mədəniyyət Mərkəzinin girişində Lənkəran rayonu üzrə 2014-2015-ci illərdə Beynəlxalq və Respublika idman yarışlarının, fənn olimpiadalarının, musiqi və rəsm müsabiqələrinin qalibləri və onların əl işləri ilə tanış oldu.
İcra başçısı Mərkəzin geniş iclas salonunda keçirilən bayram tədbirində bütün lənkəranlı uşaqları səmimi qəlbdən təbrik etdi, onlara ən səmimi və xoş arzularını çatdırdı.
Ulu Öndərimiz Heydər Əliyevin Respublikamızda uşaqlara həmişə yüksək diqqət və qayğı göstərdiyini xüsusi vurğulayan İcra başçısı qeyd etdi ki, hazırda bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva daim uşaqların qayğısına qalır, onların sosial qayğılarının həllini diqqət mərkəzində saxlayır. Lənkəranlı uşaqlar da həmişə bu diqqət və qayğı ilə əhatə olunmuşlar.
Sonra tədbirdə ümumtəhsil və musiqi məktəbləri, məktəbəqədər təhsil müəssisələrinin şagird və uşaq kollektivlərinin iştirakı ilə hazırlanmış bayram konserti nümayiş etdirildi.
Bayram tədbiri O.Mirzəyev adına qarışıq tipli uşaq evində davam etdirildi. İcra başçısı Талeh Qaraşov uşaqlara bayram təbriklərini çatdırdı, Heydər Əliyev Fondunun hədiyyəsini uşaq evinin kollektivinə təqdim etdi.
Ziyafət stolu arxasında, yerli incəsənət ustalarının maraqlı konsert proqramı ilə keçən bayram tədbirində uşaqlar əyləndilər, mahnı oxuyub rəqs etdilər.