Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Ana-Kent Planlama Yapı Yatırım Teknoloji Danışmanlık Turizm Sanayi ve Ticaret Anonim” şirkəti ilə birgə tədbir keçirilmişdir

28 sentyabr 2012 | 15:00

27 sentyabr 2012-ci il tarixdə Lənkəran şəhərində Heydər Əliyev Dövlət İdarəçilik Universitetində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Atxitektura Komitəsi tərəfindən hazırlanmış “Lənkəran iqtisadi rayonu üzrə məskunlaşma, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemlərinin işlənilməsi” layihəsi çərçivəsində keçirilmiş açıq tenderin qalibi olmuş “Ana-Kent Planlama Yapı Yatırım Teknoloji Danışmanlık Turizm Sanayi ve Ticaret Anonim” şirkətinin nümayəndə heyətinin yerli icra strukturlarının təmsilçiləri ilə görüşü keçirilmişdir.
Görüş zamanı iştirakçılara və şirkət nümayəndələrinə Dövlət Proqramına uyğun olaraq rayonda həyata keçirilən və icrası planlaşdırılan layihələr barədə ətraflı məlumat verilmiş, müxtəlif sahələrə aid layihə təqdimatları olmuşdur.
Görüşdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rüstəm Qurbanov iştirak etmişdir.

 

Keçidlər