Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran ŞİH-də Aparat müşavirəsi keçirildi

27 may 2015 | 15:00

Mayın 26-da Lənkəran ŞİH-də növbəti Aparat müşavirəsi keçirildi.İcra başçısı Taleh Qaraşovun sədrliyi ilə keçən müşavirədə Aparatın kollektivi,rayonumuzun idarə, müəssisə və təşkilatlarının rəhbərləri,inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
    İcra başçısının müavinləri İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Rasilə Əliyeva,Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev,Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov,Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Əlimərdan Əliyev,Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Məlahət Nəsirova ötən həftə ərzində görülmüş və həftə ərzində görüləcək işlər barədə məlumat verdilər.
    Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müşavirəni yekunlaşdıraraq mayın 19-da Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı faciəli şəkildə həlak olanların ailə üzvlərinə bütün lənkəranlılar adından dərin hüznlə başsağlığı verdi.Ölkə başçısının Sərəncamı ilə dövlət komissiyasının yaradıldığını, möhtərəm prezidentimizin şəxsən hadisə yerinə getdiyini vurğulayan T.Qaraşov əlavə etdi ki,bununla İlham Əliyev hər bir ölkə vətəndaşının Prezidenti olduğunu bir daha sübuta yetirdi.Bakıda, o cümlədən Lənkəran şəhərində belə binaların üzlüklərinin söküldüyünü diqqətə çatdıran İcra başçısı daha sonra Birinci Avropa Oyunlarına hazırlıq məsələlərindən ətraflı bəhs etdi,xarici turistlərin rayonumuza gözlənilən səfərlərinin və onların istirahətinin nümunəvi təşkilindən ötrü müvafiq tapşırıqlarını verdi.
   T.Qaraşov sonda yol boyu ərazilərdə əkilmiş ağaclara, park və bağlarda salınmış yaşıllıqlara və gül kollarına müntəzəm qulluq göstərilməsi və onların suvarılması üçün tövsiyələrini bildirdi, həftə ərzində görüləcək işləri bir daha diqqətə çatdırdı.

Keçidlər