Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

28 May Respublika gününə həsr olunmuş tələbə oğlanlar arasında voleybol yarışı keçirildi

21 may 2015 | 15:00

20 may 2015-ci il tarixdə Lənkəran şəhər Gənclər və İdman İdarəsi, Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar Kolleci və Lənkəran Tibb Kollecinin birgə təşkilatçılığı ilə 28 May Respublika gününə həsr olunmuş tələbə oğlanlar arasında voleybol idman növü üzrə yarış keçirilmişdir. Yarışda Lənkəran Dövlət Universiteti 2, Lənkəran Dövlət Humanitar Kolleci və Lənkəran Tibb Kollecinin komandaları isə 1 komanda ilə təmsil olunurdular. Fəzail Əbilovun baş hakimliyi ilə keçirilən oyunların nəticələrinə əsasən Lənkəran Tibb Kolleci 1-ci,  Lənkəran Dövlət Universiteti 2-ci və Lənkəran Dövlət Humanitar Kolleci 3-cü yerə layiq görüldü. Qaliblər Lənkəran şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldı. Yarışda 48 idmançı, 50-yə yaxın azarkeş iştirak edirdi.

Keçidlər