Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi

20 may 2015 | 15:00

Mayın 19-da Lənkəran ŞİH başçısı yanında növbəti Şura iclası keçirildi.İclasda aşağıdakı məsələlər müzakirə edildi:
   Birinci məsələ -- “2011-2015 - ci illərdə Azərbaycan Gəncliyi Dövlət Proqramı” çərçivəsində gənclərin intellektual və yaradıcılıq potensialının inkişaf etdirilməsi, idmanın kütləviliyinin təmin olunması üçün kompleks tədbirlərin həyata keçirilməsi sahəsində Lənkəran şəhər Gənclər və idman idarəsinin müdiri Y.Əhmədovun hesabatı” dinlənildi.
    Məruzə ətrafında müzakirələrdə Lənkəran ŞİH başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva çıxış etdi.
    İkinci məsələ -- “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 2013-cü il yanvarın  1-dən qüvvəyə  minməsi ilə əlaqədar məlumatlandırma icraatı, tətbiq edilən yaşayış evlərinin və digər obyektlərin tikinti layihəsinin memarlıq planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarətin həyata keçirilməsi haqqında” (Məruzəçi Lənkəran ŞİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Mahir Axundov).
    İclası yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müzakirə olunan məsələlərin aktuallığını vurğuladı, respublikamızda, o cümlədən rayonumuzda idmanın kütləviliyinin artırılması məqsədi ilə keçirilən yarışlardan, qazanılan uğurlardan bəhs etdi.Gənclərin intellektual səviyyəsinin və yaradıcılıq potensialının inkişaf etdirilməsi sahəsində müvafiq qurumların üzərinə düşən vəzifələrdən söz açan İcra başçısı azərbaycançılıq ideologiyasının təbliği və həyata keçirilməsi üçün gənclər təşkilatlarının qarşısında duran vəzifələri diqqətə çatdırdı, gənclərin sosial şəbəkələrdə fəallığının, onların mədəni səviyyəsinin artırılmasının vacibliyindən danışdı. Gənclərin zərərli vərdişlərdən, narkomaniyadan uzaq olması üçün maarifləndirici tədbirlərin əhəmiyyətini önə çəkən T.Qaraşov bu məqsədlə kütləvi tədbirlərin və idman yarışlarının sayının çoxaldılmasının əhəmiyyətini, sağlam düşüncəli vətəndaşların yetişdirilib formalaşmasına mühüm önəm verilməsinin zəruriliyini vurğuladı və  konkret tapşırıqlarını verdi.
   Müzakirə olunan ikinci məsələyə münasibətini bildirən İcra başçısı şəhərdə, rayonumuzun qəsəbə və kəndlərində aparılan tikinti işlərinin arxitekturasına ciddi fikir verilməsinin, bunun şəhərimizin ümumi görünüşünə xələl gətirməməsinin ,dizayn işlərində müasirliyə önəm verilməsinin vacibliyini söylədi, qanunsuz tikintilərin yolverilməz olduğunu və  qarşısının qətiyyətlə alınmasının zəruriliyini diqqətə çatdırdı.
  Şura iclasında müzakirə olunan məsələlərə dair qərarlar qəbul edildi.

Keçidlər