Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA QƏLƏBƏ BAYRAMININ TƏNTƏNƏSİ

09 may 2015 | 15:00

Mayın 9-da Respublikamızın hər yerində olduğu kimi, alman faşizmi üzərində tarixi qələbənin 70 illiyi Lənkəranda da təntənə ilə qeyd edildi.
      Şəhərimizdəki  “Veteranlar Klubu”nda bayram tədbiri keçirildi.
  Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov veteranları İcra Başçısı Taleh Qaraşovun adından təbrik etdi, onlara möhkəm cansağlığı və uzun ömür arzuladı.
     İcra rəsmisi çıxışında müharibə veteranlarına Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan, hazırda bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayonumuzda müharibənin odundan-alovundan keçmiş veteranlara və onların ailə üzvlərinə göstərilən qayğıdan ətraflı danışdı.
     Ayrı-ayrı veteranlar çıxış edərək onlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
     Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Lənkəran şəhər şöbəsi tərəfindən bir qrup müharibə veteranına  “Qələbə” medalı və vəsiqəsi təqdim edildi.
     Ziyafət stolu arxasında keçən, rayonumuzun incəsənət ustalarının ifasında təqdim olunan konsert proqramı bayram tədbirini daha da rövnəqləndirdi.

Keçidlər