Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirildi
9 May 2015-ci il tarixdə Lənkəran şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbir və bayram konserti keçirilmişdir.
Həmin gün səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictiamiyyət və əmək kollektivlərinin nümayəndələri, hərbi hissələrin şəxsi heyəti Heydər Əliyev xatirə parkına gəlib Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoydular.
Sonra tədbir iştirakçıları Lənkəran ŞİH və İctimai Televiziyanın birgə təşkil etdiyi bayram konsertində iştirak etdilər.
Konsert zamanı tədbir iştirakçıları incəsənət ustalarının çıxışlarını sürəkli alqışlarla qarşıladılar.
Səhər saat 9-dan 12-dək davam etmiş konsert İTV kanalı ilə canlı yayımlanmış və konsertdə 15 min nəfər iştirak etmişdir.