Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

MİLLİMIZ LƏNKƏRANDA ANTİREKORD VURDU

26 sentyabr 2012 | 15:00

Futbol üzrə 17 yaşlı qızlar arasında Azərbaycanda təşkil olunmuş dünya çempionatı davam edir. A qrupunda mübarizə aparan Azərbaycan millisi sentyabrın 25-də Lənkəran şəhər Mərkəzi Stadionunda ikinci matçına çıxıb.
Almaniyalı Sissi Raytın baş məşqçisi olduğu millimiz komandası bu dəfə Nigeriya yığmasını sınağa çəkib.
İlk görüşdə Kolumbiya yığmasına 0:4 hesabı ilə uduzan millimiz həmin acı məğlubiyyəti unutdurmaq niyyətində idi. Lakin millimiz bu dəfə daha acı məğlubiyyətlə üzləşib - 0:11.
Qeyd edək ki, qrupun digər oyununda Kolumbiya Kanada ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Klarkın matçın 51-ci dəqiqəsində vurduğu qol Kanadaya qələbə qazandırıb - 1:0.
 

Keçidlər