Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN MRX-DA AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN 92 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

24 aprel 2015 | 15:00

Aprelin 24-də Lənkəran Mərkəzi Rayon Xəstəxanasında Akademik Zərifə xanım Əliyevanın 92 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
      Əvvəlcə  “Böyük alim, qayğıkeş ana” adlı  foto-slayd nümayiş etdirildi.
    Tədbiri giriş sözü ilə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev açaraq Zərifə xanım Əliyevanın şərəfli ömür yolu haqqında məlumat verdi.
     Lənkəran ŞİH Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva tədbir iştirakçılarına İcra başçısı Taleh Qaraşovun salamlarını çatdırdı, Zərifə xanım Əliyevanın görkəmli alim, qayğıkeş ana, mehriban, sədaqətli ömür-gün yoldaşı, xeyirxah insan kimi məziyyətlərindən bəhs etdi.
      Sonra MRX-nın baş həkimi Ağabala Kəlbiyevin məruzəsi dinlənildi. Məruzədə Zərifə xanım Əliyevanın mənalı həyat və fəaliyyəti haqqında, onun oftalmologiya sahəsində göstərdiyi misilsiz xidmətləri, ixtiraları və yenilikləri barədə müfəssəl məlumat verildi.
      Məruzə ətrafında müzakirələrdə MRX baş həkiminin müavini, oftalmoloq Taleh Məmmədli, Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi  Yardım Stansiyasının baş həkimi Məmmədbağır Axundov və başqaları çıxış edərək  Zərifə xanım Əliyevanı görkəmli oftalmoloq, ictimai xadim, Ulu Öndərimiz Heydər Əliyevin vəfalı sirdaşı, möhtərəm Prezidentimiz İlham Əliyevin mehriban anası kimi xarakterizə etdilər, onun xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu  bildirdilər.

Keçidlər