Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirildi
Aprelin 21-də Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı yanında növbəti Şura iclası keçirildi. Şura iclasında 2 məsələ müzakirə edildi.
Birinci məsələ – “Əhaliyə göstərilən kommunal xidmətlərin vəziyyəti barədə” Lənkəran ŞİH başçısının müavini– Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin məruzəsi dinlənildi.
İkinci məsələ – “Lənkəran Rayonlararası Narkoloji Xəstəxananın narkomaniyanın müalicəsi və onun yayılmasının qarşısının alınması istiqamətində gördüyü profilaktik işlər haqqında” Lənkəran ŞİH başçısının müavini– İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyevanın məruzəsi dinlənildi.
Müzakirələrdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev, Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Möhübbət Hüseynov çıxış etdilər, rəy və mühazirələrini söylədilər, təkliflərini bildirdilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şura iclasında müzakirə olunan hər iki məsələnin aktuallığını bildirərək əhaliyə göstərilən kommunal xidmətlər sahəsində görülmüş işləri daha da yaxşılaşdırmaq üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi, narkomaniyanın müalicəsi və onun yayılmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlərə diqqətin artırılmasının zəruriliyini vurğuladı, bu vacib məsələdə cəmiyyət üzvlərinin qarşısında duran vəzifələri və onların əlbir fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırdı.
Şura iclasında müzakirə olunan məsələlərə dair qərarlar qəbul edildi.