Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“TÜRKİYƏ HƏFTƏSİ” ÇƏRÇİVƏSİNDƏ LƏNKƏRANDA KONFRANS KEÇİRİLDİ

25 sentyabr 2012 | 15:00

Sentyabrın 24-də Lənkəran Dövlət Universitetində Azərbaycanda “Türkiyə həftəsi” çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti və AMEA Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra konfrans öz işinə başlamışdır.
Konfransı giriş sözü ilə LDU-nun rektoru, professor Asəf İsgəndərov açaraq “Tarixdən günümüzə: Türkiyə-Azərbaycan Münasibətləri” və “Azərbaycan-Türkiyə Münasibətləri Regional Kontekstdə” mövzularında 6 məruzə ətrafında müzakirələrin nəzərdə tutulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vüsal Nəsirli çıxış edərək İcra başcısı Taleh Qaraşovun salamlarını konfrans iştirakçılarına çatdıraraq qeyd etmişdir ki, bu görüşlərin və müzakirələrin keçirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına dəstək vermək, qarşılıqlı olaraq Azərbaycan və Türk ictimaiyyətini Türkiyə və Azərbaycan məsələləri haqqında məlumatlandırmaqdır.
Daha sonra AKP Ankara millət vəkili Tülay Salamoğlu çıxış etdi. Millət vəkili çıxışında iki ölkə arasındakı strateji əməkdaşlığa dair bağlanan müqavilələrdən söhbət açaraq vurğulamışdır ki, 2011-ci ildə bu müqavilələrdən irəli gələrək Türkiyənin Ermənistanla 5 sərhəd şəhərində Azərbaycan həftələrinin keçirilməsinin istər Azərbaycan, istərsə də Türkiyə üçün böyük önəmi olmuşdur.
Konfransda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Cavid Vəliyev, Türkiyə-Azərbaycan dostluq qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının Adana millət vəkili professor Dr. Necdet Ünüvar, Çanaqqala On səkkiz Mart Universitetinin rektoru professor Dr. Sedat Laçiner, İstanbul Şəhər Universitetinin müəllimi Yrd. Dos., Dr. Həsən Kösəbalaban, Türkiyə Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası sədrliyinin nümayəndəsi Yrd. Dos., Dr. Nevra Esenturk, Lənkəran Dövlət Universitetinin dosentləri, Yədulla Ağazadə və Rakif İbadov məruzələrlə çıxış edərək Türkiyə-Azərbaycan dostluq münasibətlərinin tarixi, ictimai-siyasi kökləri, mədəni əlaqələri, region və dünya üçün əhəmiyyətindən geniş söhbət açıblar.
Səfər çərcivəsində qonaqlar Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul olunublar.
 

Keçidlər