LƏNKƏRAN FRANSA - ABŞ OYUNUNA EV SAHİBLİYİ ETDİ
22 sentyabr 2012-ci il tarixdə saat 15:00-da 17 yaşadək qızlardan ibarət milli komandalar arasında III dünya çempionatına start verilib. İlk dəfə Azərbaycanın ev sahibliyi etdiyi mundialın ilk oyun günündə 4 matç baş tutdu. Oktyabrın 13-dək davam edəcək çempionatda 16 ölkə yığması mübarizə aparacaq.
3 oyunun Bakıda, 1-nin Lənkəranda keçirildiyi gün A və B qrupunun komandaları meydana çıxıb.
Lənkəran Şəhər Mərkəzi Stadionunda baş tutan Fransa-ABŞ oyununda qalib tərəf müəyyənləşməmişdir.
Qeyd edək ki, Fransa oyunçu heyətinə Romani Bröno, Aissatu Tounkara, Qrije Mbok Bati, Lea Deklerq, Kadidiatu Diani, Sandi Toletti, Marion Romanelli, Qutia Karçuni, Noemi Karaj, Juliana Qatrat və Delfin Kaskarino, ABŞ komandasının komanda heyətinə Ceyn Kempbell, Brittani Besincer, Meddi Boyer, Sammer Qrin, Qabbi Miranda, Morqan Endryus, Toni Peyn, Mendi Friman, Endi Sallivan, Marqaret Perk və Derian Cenkins daxil idilər.
Oyunun baş hakimi Uruqvaylı Klaudiya Umpyerres olmuşdur.
FİFA-17 Qadınlararası Dünya Çempionatında iştirak edəcək yığma komandaların oyununu izləmək üçün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı, eləcə də Fransanın Azərbaycandakı səfiri Paskal Mönieni Lənkərana gəliblər.
Qonaqlar Lənkəranda başlayan ABŞ və Fransa matçını birgə izləyiblər