Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri P.Mönieni Fransa – ABŞ oyununu canlı izləmək üçün Lənkərana gəlmişdir

23 sentyabr 2012 | 15:00

22 sentyabr 2012-ci il tarixdə saat 13:00-da Fransanın Azərbaycandakı səfiri Paskal Mönieni Lənkərana səfərə gəlmişdir. Səfir öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşmüş, görüş zamanı İcra başçısı rayonun sosial-iqtisadi inkişafı, mədəni həyatı, turizm potensialı barədə qonağa məlumat vermişdir.
Daha sonra saat 15:00-da diplomat səfirliyin digər rəsmiləri ilə birgə Lənkəran Şəhər Mərkəzi Stadionunda 17 yaşadək qızlardan ibarət futbol üzrə milli komandalar arasında keçirilən III dünya çempionatı çərçivəsində baş tutan Fransa – ABŞ oyununu izləmişlər.
 

Keçidlər