Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri R.Morninqstar Fransa – ABŞ oyununu canlı izləmək üçün Lənkərana gəlmişdir

23 sentyabr 2012 | 15:00

22 sentyabr 2012-ci il tarixdə saat 12:30-da ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Lənkərana səfərə gəlmişdir. Diplomat öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşdü. Görüş zamanı İcra başçısı rayonun sosial-iqtisadi inkişafı, mədəni həyatı, turizm potensialı barədə qonağa məlumat verdi.
Saat 15:00-da Riçard Morninqstar xanımı və səfirliyin digər rəsmiləri ilə birgə Lənkəran Şəhər Mərkəzi Stadionunda 17 yaşadək qızlardan ibarət futbol üzrə milli komandalar arasında keçirilən III dünya çempionatı çərçivəsində baş tutan Fransa – ABŞ oyununu izləmişlər.
 

Keçidlər