Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

FHN-in CƏNUB REGİONAL MƏRKƏZİ “LƏNKƏRAN” QƏZETİNDƏ DƏYİRMİ MASA KEÇİRDİ

12 yanvar 2015 | 16:00

Yanvarın 12-də Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Lənkəran” ictimai-siyasi qəzetinin redaksiyasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri və FHN-nin yerli qurumlarının əməkdaşları ilə birgə “Baş verə biləcək fövqəladə hadisələrin aradan qaldırılması ilə əlaqədar qarşıda duran vəzifələr, mülki-müdafiə hazırllığının təşkil olunması haqqında mühazirələrin aparılması, mətbuat vasitəsilə işıqlandırılması” mövzusunda dəyirmi masa keçirdi.
Tədbiri giriş sözü ilə açan “Lənkəran” qəzetinin redaktoru İltifat Əhmədov iştirakçıları salamladıqdan sonra əhali arasında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması, mülki-müdafiə işinin təşkili, eləcə də fövqəladə hallar zamanı düzgün davranış qaydalarının təbliği məqsədilə  FHN-nin regionda fəaliyyət göstərən qurumları tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışdı.
FHN Cənub Regional Mərkəzinin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur Hüseynov “Fövqəladə vəziyyət şəraitində tətbiq olunan tədbirlər və müvəqqəti məhdudiyyətlər” mövzusunda, Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti, daxili xidmət mayoru İzzət İbadov “Regionda baş verə biləcək fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması zamanı Mərkəz ilə regionun yerli qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi”, “Yanğının baş vermə səbəbləri və onun təhlükəli amilləri, yanğın baş verdikdə ona qarşı mübarizə tədbirləri” mövzularında, Mülki-müdafiə işinin təşkili şöbəsinin baş zabiti, baş leytenant Rövşən Rzayev “Fövqəladə hallar, fövqəladə halların yaranma səbəbləri və onlardan mühafizə üsulları”, “Hansı hadisələr baş verdikdə 112 qaynar telefon xəttinə zəng etmək olar?” mövzularında çıxışlar edərək dəyirmi masa iştirakçılarına geniş məlumatlar verdilər.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda iştirakçılara “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri” və “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair video çarxlar və foto-slaydlar nümayiş olundu, “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “İdarə və müəssisələrdə yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylandı.

Keçidlər