Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR

22 sentyabr 2012 | 15:00

21 sentyabr 2012-ci il tarixdə Lənkəran Dövlət Universitetində əmək yarmarkası keçirilmişdir. Yarmarkaya rayonumuzun 29 müəssisə və təşkilatından 318 boş (vakant) iş yeri çıxarılmışdır. Belə ki, 10-u dövlət, 15-i qeyri-dövlət, 2 –si xarici şirkət, 2-si fiziki şəxs olmaqla 162-si fəhlə, 127 qulluqçu, 29 xidmət sahələri üzrə iş yerləri təklif olunmuşdur.
Əmək yarmarkasına iş yeri çıxaran müəssisə və təşkilatlarda minimum əmək haqqı 95 manat, maksimum əmək haqqı isə 260 manat olmuşdur.
Ümumiyyətlə, yarmarkada 700 nəfər iştirak etmişdir.108 nəfər (8 nəfər kvota yerlərinə) işsiz və iş axtaran vətəndaşa müvafiq iş yerlərinə göndərişlər verilmiş, 30 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilmişdir.
Əmək yarmarkasının işində Dövlət Məşğulluq Xidmətinin Statistika sektorunun müdiri Elçin Səlimov, Lənkəran Şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Ə.Hüseynov, şöbənin aparıcı məsləhətçisi R.Quliyev, rayon bələdiyyə və icra nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
 

Keçidlər